Ətalət, yoxsa düşünmək?
Elm Elm işıqdır, elmsizlik isə zülmət. (Uşinski)
(Uşinski)
Böyük təəssüf hissilə etiraf etmək lazımdır ki, bəşərə böyük töhfələr vermiş, istər əxlaqi, istər ictimai yöndə kamilliyə çatmağı məqsəd seçmiş islam dini uzun əsrlərdir öz mənasını və fəlsəfəsini itirmiş, demək istədiyi, insanlara çatdırmaq istədiyi ismarışlar hiss olunmadan təmamilə fərqli istiqamətlərə yönəldilmişdir. Müsəlmanlar isə buna biganədirlər və daha faciəlisi isə əksəri heç bunun fərqində belə deyillər. Yalnız görən və düşünən, daha doğrusu, görmək və düşünmək istəyən adamlar istisnadır. “Quran”ın dediyi kimi “görənlə görməyən bir deyil”, “bilənlə bilməyən eyni deyil”, “burda (bu kitabda, bu ayədə) düşünənlər üçün böyük hikmətlər var”.
İslam dininin məhdud coğrafi ərazini əhatə etməsi, “islam” və “müsəlman” anlayışlarının fərqli məna ifadə etmələri, XII – XIII əsrlərdən sonra, demək olar ki, nüfuzunu itirməsi və dünya ictimai həyatında heç bir rol oynaya bilməməsi, bu dinin əsas qanunu olan “Qurani – Kərim”in bir stolüstü kitab və yol göstərən mövqeyindən çıxması təsadüfidirmi, sizin fikrinizcə?
Əlbəttə, sadalanan və sadalanmayan onlarca məsələlərin səbəbi bir deyil, bunlardan bir neçəsini fikirləşmədən qeyd etmək olar.
1) İslamı təmsil edənlər insanlar
2) Siyasi məsələlər
3) İslama etiqad edənlərin şərq xalqları olması
1) Əgər digər dinlər zamanın dəyişməsilə öz qanunlarını və ehkamlarını itirmişdilərsə, sonuncu din öz ehkamlarını qorumaqla zamanla ayaqlaşa bilmədi. İnsanlara, onların tələbatlarına cavab verə bilməyən, onların suallarını cavablandırmaqda aciz qalan din, əlbəttə, onların həyat yoluna, məqsədinə çevrilə bilməz, kamilliyə çatmaq vasitəsi kimi qəbul olunmaqdan isə söhbət gedə bilməz. Peyğəmbəri – Əkrəmin cahil ərəblərə şərh etdiyi dini ehkamların və fəlsəfənin inkişaf edən və təfəkkürü daim dəyişən insana çatdırılmasında böyük problemlər yaşandı və hələ də bunun öhdəsindən gəlinə bilinmir. Xüsusən XVI əsr qərbdə baş verən intibahdan sonra islam ilə və ya daha doğrusu islamı təmsil edənlərin təfəkkürü ilə qərb dünyası və düşüncə tərzi arasında çox böyük uçurum yarandı. İl-ildən və hətta daha böyük sürətlə inkişaf edən qərb çox qısa zamanda insanlara, sözsüz ki, mütərəqqi insanlara böyük məmnuniyyətlə qucaq açdı və onları ətrafında toplamaqla yanaşı islam və şərqi, yaxud islam şərqini, azı, 4 əsr qabaqladı. Bunun nəticəsi olaraq indi gördüyümüz mənzərəni bədii olaraq belə ifadə etmək olar: “indi islam və ya şərq dünyası qərbin dalınca qaçır, daha doğrusu, sürünür.”
Onları sürətlə ötüb keçən qonşularını görən müsəlmanlar “başlarının altına yastıq qoyaraq” özlərinə çox sadə və anlaşılan, təsəlli verən və uyudan bir deviz seçdilər : “ Biz Allahın ən doğru dininə sitayiş edirik və bu, bizi indi Allahın gözündə, sonda, yəni axirətdə isə onların müqabilində üstün edəcək.” Buna özləri nə dərəcədə inanırdılar, çox müəmmalıdır, çünki hər bir həyat ehtiyacları, məişətləri, istirahətlərinin bəyənmədikləri qərblidən asılı düşməsi azmış kimi, azadlıqları və vətənləri onların əlinə keçdi, nemətləri daşındı, özləri isə qul oldular və qərblinin gözündə insandan da aşağı hala salındılar. Bu qeyri – insani həyat tərzi belə yatmış müsəlmanları ayıltmadı və onlar çəkdikləri əzabı, həyatda min bir zəhmətə qatlaşmağı fəxr və Allaha yaxınlaşmaq vasitəsi hesab etdilər.
Peyğəmbərin qoymadığı və hətta qadağan etdiyi qanunlar hakim oldu islam dünyasında. Məsələn, islamı təmsil edənlər elə görüntü yaratdılar ki, sanki islam şəriətinə aid olan hər hansı məsələ haqda və ya “Quran”ın hər hansı ayəsi haqda ancaq din alimləri fikir yürüdə bilər. Özlərini Peyğəmbərin nümayəndəsi kimi təqdim edərək fikirlərinin adi insanlar tərəfindən müzakirə oluna bilinməsindən üstün olması fonunu yaratdılar və ətalətin və düşüncəsizliyin toxumunu səpdilər.
Daha maraqlısı budur ki, əgər müxtəlif alimlər hər hansı bir məsələ haqda müxtəlif rəylər söyləyirlərsə, hamısı müəyyən mənada doğrudur və müsəlman hər hansı birini qəbul etməkdə haqlıdır. Amma din alimi olmayan birisi ağıla və məntiqə söykənən şərh versə belə qəbul olunmağa layiq deyil. Bundan da dəhşətlisi odur ki, əgər müəyyən məsələ haqda alimlər müəyyən fikir söyləyiblərsə, o qeyd – şərtsiz qəbul olunmalıdır, söyləməyiblərsə, bunun haqda kiminsə düşünməsi lazım deyil. Bu metodla insanları ağıllarının mühakiməsinin təsirindən ayıran “din başçıları” onları öz təsirləri altına salmağa çalışdılar.
Halbuki Peyğəmbər buyurmuşdu ki, ağıl insanın ikinci peyğəmbəridir. O möhtəşəm insan çox sadə dillə demək istəyib ki, insana doğru yolu göstərən onun ağlıdır və onun hər şey haqda fikirləşməyə ixtiyarı var və hətta hər məsələdə özünəməxsus mövqeyinin olması ən təbii bir şeydir.
Burdan asanlıqla belə nəticə çıxarmaq olar ki, özlərini islamın nümayəndələri kimi təqdim edən şəxslər, əslində, islama ən böyük zəbəni vurdular. Çünki məhz onların planlı yanlış təbliği sayəsində adi müsəlmanlar elmdən daha çox dini təmrinlərin həyata keçirilməsinə əhəmiyyət verdilər. Onu mütləq qeyd etməliyəm ki, heç vaxt elmi hansısa kateqoriyalara bölməyən Peyğəmbərin əksinə olaraq bu alimlər elmi dini və dünyəvi olmaqla iki qola böldülər və birincini ikincidən Allah yanında daha qiymətli bildilər. Elmə aid olan bütün hədis və ayələrin hamısı, guya dini elm haqda buyurulub təsəvvürü yaratmağa müvəffəq oldular.
2) Bu haqda deyəcəklərim əslində 1-ci bənddə anlatmaq istədiklərimlə o qədər iç – içədir ki, bəzi məsələlərin hansı bəndə daha çox aid olduğunu söyləmək çətin olur. Daha doğrusu, hər 3 bənddə sadalananlar əslində bir – birilə sıx rabitədə olan və bir – birini şərtləndirən amillərdir.
İslamın məqsədlərinin müsəlmanı nə qədər inkişaf etdirdiyini və barbar bir insanı alimə, səyyaha, filosofa çevirdiyini görən düşmənlər bunun qarşısını almaq üçün çox dərin planlar hazırladılar. Bu planların dahiliyini anlamaq üçün təkcə onu demək kifayətdir ki, müsəlman islam kimi dahi bir dinin təsirindən çıxıb bu planı quranların tələsinə düşdülər və bunun üçün çox zaman tələb olunmadı.
Şərqli psixologiyasına xas olan bəzi xarakterlər də bu prosesin asanlaşmasına yardımçı oldu ki, bu haqda növbəti bənddə danışacağıq.
“Quran”ı cismani cəhətdən, yəni maddi mənada məhv etmək mümkün deyildi, çünki Peyğəmbəri – Mutəhhər “Quran” hafizliyi ənənəsini yaratmışdı və bu məktəb günümüzdə də böyük məhəbbətlə davam etdirilməkdədir. İnsanları “Quran”dan uzaqlaşdırmağın mümkünsüzlüyü anlaşıldıqdan sonra qərara alındı ki, ümumiyyətlə, insanları “Quran”a yaxın buraxmaq lazım deyil. Bunun üçün “Quran”ı anlamaq və nəticə çıxarmaq əvəzinə onu sadəcə oxumaqla da Allaha çatmağın mümkünlüyü haqda fikri islam cəmiyyətinə aşıladılar. İndiyə kimi insanların həyat yolu olan “Quran” artıq yalnız ərəb dilində yazılmış və mənası haqda fikirləşməyin heç də vacib olmadığı möcüzələr dolu bir kitaba çevrildi. Bu metodla hər bir oyunu müsəlmanın başına açmaq olduqca bəsit idi, hər bir fikri söyləmək və o fikri “Quran”ın hər hansı bir ayəsilə əsaslandırmaq olurdu. Bundan başqa “Quran”ın müqəddəsliyi çox şişirdildi və elə bir görüntü yaradıldı ki, guya onun hər hansı bir ayəsi haqda yalnız seçilmiş bir neçə islam alimindən başqa heç kim rəy söyləyə bilməz. Təsəvvür edin ki, sizə yad dildə bir kitab verirlər və onu anlamadan belə oxumaqla sizə böyük vəzifə veriləcəyini vəd edirlər. Anlamadığı bir şeyi oxumaqla hər hansı mənsəbə çatmaq insan şəxsiyyətinə nə dərəcədə ucalıq gətirə bilər, hətta əgər bu həqiqətdirsə belə? Və ya o kitabı ana dilinizə tərcümə edirlər, amma ondan nəticə çıxarmaq ixtiyarından sizi məhrum edirlər və onun şərhini yalnız müəyyən insanlardan ala biləcəyiniz təklif olunur, o şərhlər sizi qane etməsə belə doğruluğu iddia edilir. Bu işlərin məntiqə zidd olduğunu qəbul etmək, əlbəttə, çətin deyil, əgər azca da olsa o varsa.
İndi eyni şeyləri Allah və Onun kamillik qanunnnaməsi olaraq göndərdiyi kitab olan “Quran"”haqda düşünün. Allah insana “Quran”ı ona görəmi göndərdi ki, insan onu yad dildə oxumaqla özünə savab qazansın? Yaxud ona görəmi ki, onu oxusun, amma onlardan nəticə çıxarmağa qorxsun və şərhini kimdənsə istəsin? Məntiqin ən yüksək səviyyəsi olan Allahın məntiqi bu qədərmi cılızdır? Bu tipli sadə sualları müsəlman özünə və ya ali saydığı alimə verməyə cəsarət etmədi. Çünki ona geri qalmaq, cahil olmaq, işıqdan uzaqlaşmaq haram edilmədi, amma insanın bütün yaradılmışlara qarşı üstünlük simvolu olan düşünmək, fərqli fikir söyləmək, sual etmək haram edildi.
O alimlər isə qəsdənmi, ya səriştələri çatmadığındanmı “Quran”ı zamanın tələblərinə görə deyil VII əsr insanın dünya görüşünə görə şərh etdilər. Sürətlə inkişaf edən insan təfəkkürü və gündən – günə fərqliləşən çox müxtəlif fəlsəfi cərəyanlar və dünya görüşləri bu qədər primitiv görünən mifik bir dini qəbul edə bilməzdilər. Ona görə düşünə bilən, düşünən, yenilikçi, mütərəqqi insanlar ən azı bu dini tərk etdilər, bir qismi isə bu dinin puçluğu haqda və kifayət qədər əsaslandırılmış əsərlər yazmaqla dünya ictimaiyyətində islama qarşı ikrah yarada bildilər. Bir vaxtlar cəmiyyətin qaymaqlarının sitayiş etdiyi bir din artıq cahillərin, tənbəllərin, elmi sevməyənlərin, elmi müqəddəs saymayanların, hər cür inkişafın, beyində inqilabların düşməni olanların dininə çevrildi. Belə islama pərəstiş edən müsəlman rastlaşdığı real, zamanına müvafiq problemlər haqda deyil, təmamilə əhəmiyyətsiz məsələlər haqda düşünmək üçün yetişdirildi. Sosial və elmi səviyyədə deyil məişət səviyyəsindən kənara çıxa bilməyən nadan bir insan tipi formalaşdırıldı.
Beleliklə, hər bir müsəlman elə sansa da ki, “Quran” onun əlindədir və o, “Quran”dan Allahın istədiyi kimi faydalanır, əslində bunun tam əksi baş vermişdi və çox təəssüf ki, günümüz müsəlmanı hələ də bu stereotipi və illüziyanı sındıra bilməyib. Kitabı əlindən alınmış, cahilliklə baş – başa buraxılmış və bunun fərqində olmayandan daha zəif kim ola bilər?
Elmi Texniki Tərəqqi nəslinin nümayəndələri arasında müsəlman tapmaq “samanlıqda iynə axtarmaq”dır. Halbuki islam elmi ibadətlərin ən üstünü sayır. Gülünc deyilmi, XXI əsr insanı ətrafında baş verən onlarca yenilik haqda deyil, “Fatihə” surəsində şeytanın 7 adının gizlənməsi, maqnitofonla verilən azanın səhih olub – olmaması, dəstəmaz alarkən hansı duanı oxumağın daha münasib olması haqda baş sındırır? Həkim olmağa hazırlaşan gənc müsəlman xəstəyə toxunmaq, onun müəyyən nayihələrinə baxmağın halal –haramlığı barədə kiminsə fikrinə ehtiyac duymalıdırmı, yoxsa tibbin yeniliklərini öyrənmək üçün dəridən – qabıqdan çıxmağa hazır olmalıdır? Astronomiya elmi artıq nəinki bizim günəş sistemində olan planetlərin, hətta digər ulduz sistemlərindəki planetlərinin peyklərini tapmaq, onların dövr periodunu, sürətini hesablamağa qadir olduğu bir səviyyəyə yetişdiyi zamanda müsəlman Ramazan ayının daxil olması və təhvil olması haqda nəyə görə hansısa din aliminin rəyinə ehtiyac duymalı və hər il bu barədə şəkkə düşməlidir?
Hədislərdə deyildiyi görə bu din çətinlik üçün deyil, asanlıq üçün gəlib, amma günümüz islamını bundan çox uzaq görürük. Hər addımda çətinliklər qarşımızı alır, ən adi əməli yerinə yetirmək üçün onlarla şərtin vacibliyindən söhbət açılır. Elə bir müsəlman tapmaq çətindir ki, 50 il bundan sonra dünyanın qarşılaşacağı problemlər haqda düşünsün. Süni mayalanmadan doğulmuş uşaqlar qərb şəhərlərinin küçələrində oynayanda müsəlman o süni mayalanmanın haram olduğu, yaxud əmmaməli, əbalı namaz qılmağın müstəhəb olması haqda məsciddə moizə oxuyurdu. Kosmosda vulkanlar kəşf edən qərblinin qarşısında orda necə namaz qılacağını, qiblə olaraq hara baxacağını özünə dərd edən müsəlmanı görürük. XVIII –XIX əsrlərdə meydana gəlmiş qalstukları taxmağın halal, ya haram olması haqda hələ də müsəlman dəqiq qərara gələ bilməyib.
3) Yuxarıdakılardan heç də az əhəmiyyət daşımayan bu bənd özü bir neçə xırda başlıqlara bölünə bilər, amma əvvəlki bəndlərə aid olan məsələləri də olduqca qısa izah etdiyimdən və yazımın çox qısa həcmli olmasını istədiyimdən burdakı problemləri də vahid başlıq altında araşdırmağa çalışacam.
—Şərqli təbiətinin ən ayrılmaz hissəsi onun zahirə daha çox, mahiyyətinə isə daha az əhəmiyyət verməsidir. Ona görə şərqli müsəlman islamın göstərişlərinə, onların məzmununu araşdırmadan, formasını əsas bilərək əməl etməyi üstün tutdu. Ən sadə və qabarıq misal olaraq hələ də müsəlmanın saqqallı olmaq, hətta bəzi müsəlmanların qısa balaqlı şalvar geymə imicindən çıxa bilməməsini göstərmək olar. Onlar hər biri Peyğəmbərin adətini yerinə yetirdiyini əsas gətirməklə özlərinə haqq qazandırırlar. Əlbəttə, hər bir insan imic seçimi və fikirlərində çox sərbəstdir. Amma mən onu vurğulamaq istəyirəm ki, yaxşı olmazdımı ki, müsəlman belə şeyləri daha vacib, Allaha yaxınlaşmaq vasitəsi bilməkdənsə, daha prioritet məsələlərlə məşğul olsunlar? Olmazdımı ki, “rəhbər”lər Peyğəmbərin niyə saqqal saxladığını, onun tibbi və ictimai əsaslarını adi müsəlmanlara izah etsinlər və onlara imic sərbəstliyi versinlər? Əlbəttə, “kişinin hicabı onun saqqalıdır” və s. kimi gülünc, qondarma hədislərin yaşadığı müasir islam cəmiyyətində mənim ideyalarımın reallaşması xəyal kimi görünür. Söz verdiyimiz kimi təfsilatlara girməyəcəyimizdən hədislər, ayələr və onların müzakirəsi oxucuların öz ixtiyarındadır.
Onlarca hədis misal gətirmək olar ki, orada islamın dahi mütəfəkkirləri olan Peyğəmbər və Hz. Əli, onlarca ayə gətirmək olar ki, orada Cənab Allah özü müsəlmanları düşünməyə, dolayısı ilə məsələnin mahiyyətinə varmağa çağırır. Mətnimizin əvvəlində diqqətinizə çatdırılan “Quran” ayələrinə əlavə olaraq deyə bilərik ki, həmin kitabda 800 - ə yaxın və ya ondan bir az çox insanlar düşünməyə çağrılır. DİQQƏT!!! Kimdənsə soruşmaq yox, DÜŞÜNMƏK vurğulanır.
“İnsanların ruku və səcdələrinin uzunluğuna fikir verməyin, onların ağlını mühakimə edin” deyir Hz. Əli. Və yüzlərcə digər misallar...
Əlbəttə, yuxarıdakı bəndlərdə dediyim kimi mühakimə qabiliyyəti, düşünmək sərbəstliyi həbs olunmuş, “Quran”a yaxın buraxılmayan müsəlmana bu hədislər və ayələr daha az şərh olunub, nəinki onun geyimi, saqqalı, rukuda, qunutda, səcdədə, gecə namazında, əhya gecələrində oxuyacağı duaların uzunluğu, ağlamağın fəziləti, Allah yanında qiyməti haqda.
—Daxilində tənbəllik olan şərqli isalmdan da öz xeyrinə istifadə edərək bu xarakterinə asanlıqla bəraət qazandırdı. O məqsədinə çatmaq üçün duanı əməldən, iş görməkdən üstün tutdu. Bunun sayəsində isalm bir əməl dini olaraq deyil, hərəkətsizlik, sükunət, dua dini olaraq təşəkkül tapdı və tanındı.
—İnsanların qəlbində yeniliyi qəbul etməyə qarşı əcaib və izaholunmaz müqavimət fenomeni var. Qalileyləri, brunoları, kopernikləri məhz bu fenomenin qurbanı olan qərb gec də olsa, yəni intibah dövründən sonra mühafizəkarlığını tərk etdisə də şərqli xislətinə hakim kəsilən bu fenomen islam aləminə də az ziyan vurmadı və təəssüf ki, müsəlman hələ də bu haqda düşünməkdən çox uzaqdır. Yeni düşüncə sahibləri klassik və artıq qəlibə çevrilmiş fikirləri yıxmaq, müsəlmana hərəkət vermək, ətaləti sökmək istəsələr də lənətlənmiş insanlar kimi təqdim olundular, onları dinləmək haram elan olundu, kafir damğası vuruldu, hətta bir çoxları nüfuzlarını hər şeydən üstün tutan islam nümayəndələri tərəfindən məhv edildi. İslama etiqad edən insanlara yeni fikir dinləmək, VII əsrdən qalan adətlərə zidd olan hər şeyi qəbul etmək haram edildi. Sirr deyil ki, ehkamların müzakirəsi, ümumiyyətlə, bu haqda düşünmək müsəlman üçün heç vaxt açılmaması tələb olunan “40 –cı qapı”dır.
Burda çox önəmli olan bir nüansa diqqətinizi çəkmək istərdim ki, Hz. Peyğəmbər özü də yenilikçi və fikirlərdə inqilab nümayəndəsi idi və onun məqsədi məntiqə söykənməyən hər şeyi söküb atmaq, düşüncə üzərində qurulmuş, ağıla söykənən bir cəmiyyət yaratmaq idi. Amma onun hərəkət və sözlərini yalnız maddi mənada anlayan müsəlmanlar və xüsusən, “dini lider”lər yaşadıqları əsrə, onun tələblərinə baxmadan VII əsr islamını yaşatmağa çalışdılar. Nəticədə islama inanan bir kütlə formalaşdı və biz bu kütləni bu gün də görməkdəyik.
“Övladlarınızı dövrünüzün tələblərinə uyğun tərbiyə edin” buyuran Hz. Əli mənim bir neçə səhifədə anlatmaq istədiklərimi bu bircə cümləsilə dahiyanə ifadə etmirmi? VIII və ya XXII əsr müsəlmanına VII əsr islamının bütün elementləri deyil, o elementlərdəki mahiyyəti, məğzi həmin əsrə uyğun çatdırmaq lazımdır, XXI əsr müsəlmanı da özünü VII əsr müsəlmanı ilə müqayisə etməməlidir.
Çox qısa və incəliklərə varmadan çatdırmaq istədiyim bu yazını əslində müsəlmanı oyatmağa çalışan bütün mütəffəkirlərin, xüsusən, Hz. Peyğəmbərin, Hz. Əlinin, Əli Şəriətinin, Murtəza Mutəhhərinin, M. F. Axundovun, H. Cavidin, Ü. Hacıbəyovun, İ. Həsənəlizadənin və s. dahilərin fikirlərinin davamı sayıram və hamısına təşəkkür edirəm.
Təəssüf hissilə vurğulayıram ki, müasir və elm əhli olan müsəlmanın inanmaq istədiyi islam ilə yaşadığı və ehkamlarına riayət etdiyi islam arasında dərin uçurum var.
08. 08. 03. 2011
воскресенье, 13 марта 2011 г.
пятница, 26 ноября 2010 г.
Gərnəşən adam
(hekayə)
Gözünü açdıqda günün hansı çağı, saatın neçə olduğunu dəqiq kəsdirə bilməmişdi. Rahat və həmişə adət etmədiyi vaxtda yatanda və ən əsası, görüləsi işin, gediləsi yerin, bir sözlə oyanmağın və ya hansı vaxt oyanmağın səninçün əhəmiyyəti olmayanda, adətən, belə olur.
Yadına düşdü ki, bu gün onun istirahət günüdür və həyat yoldaşı ilə qızını qaynatasıgilə yola saldıqdan sonra evə gəlib yatmış və indi günorta saat 16:15-də oyanmışdı. Axşam futbola baxmaqdan savayı görüləcək bir işi yoxdu. Buna görəmi, ya bəlkə də daxilindən gələn hissin təsiri altındamı şəkil çəkmək istədi. Nə çəkməli olduğunu da fikirləşmədi, yuxudan ayılıb vəziyyəti dəyərləndirəndə artıq mövzu hazır idi – yuxudan yenicə durub yerində gərnəşən adam çəkməli idi. Bəzən ətrafdakılar üçün adi və dəyərsiz kimi görünən şeylər yaradıcı insanlar üçün böyük bir məna kəsb edir. Bizim çox sadə qavradığımız – bəlkədə qavramadığımız, sadəcə şüuraltı, bədihi qəbul etdiyimiz – məfhumlar, hadisələr onlar üçün yalnız fəlsəfi, yaxud qeyri-fəlsəfi, qeyri-adi mühakimələrin nəticəsində çatımlı olur. Ola bilər və çox zamada belə olur ki, bu mühakimələrin geniş auditoriyada, dinləyici qarşısında səslənməsi gülünc, yaxud süni əllaməlik eləmək cəhdi kimi qarşılanır, amma bu xarakter onların şəxsiyyətinin ayrılmaz hissəsidir və bəlkə də elə ona görə “yaradıcı insanlar” adlı ayrıca bir kateqoriya var.
Şəkil çəkmək üçün lazımi avadanlıqları – molberti, fırçası, boyası və s. – yox idi, çünki o, rəssam deyildi. Nə qədər təəccüblü olsa da o, bank işçisi idi. Amma çox gözəl rəsm çəkmək qabiliyyəti, daha doğrusu, istedadı var idi və şübhəsiz, əgər bu sənəti davam etdirsəydi – hətta rəssamlıq təhsili almasa belə - böük rəssam olardı. Ziyalı ailəsində, ziyalı nəslin nümayəndəsi olaraq dünyaya göz açmışdı. Atası iqtisadçı idi, ali savadlı və yoldaşları arasında, işdə, qohumlar arasında hörmət olunan adamdı. Öz ixtisasından başqa həm də digər elmlərdən kafi qədər məlumatı olan, bundan başqa şəxsi mütaliəsi hesabına məlumatlılıq və hər söhbətə müsahib ola bilmək bacarığı baxımından qohumlarını, iş yoldaşlarını, bir sözlə, çevrəsindəki adamları xeyli qabaqlayırdı. Anası bağça müəlliməsi idi, öz ixtisası üzrə işləmirdi. Baxmayaraq ki, orta ixtisas təhsili və ərində sadalanan üstünlüklərin çox az qismi onda vardı, amma övladlarının yaxşı təhsil almalarında, ziyalı insan kimi yetişmələrində heç də ərindən az rol oynamamışdı. Təkcə öz ailələrində deyil, nəsillərində vəziyyət bu cür idi, yəni qohumlarının hərəsi müxtəlif sahələrdə təhsil görmüş, hər hansı bir peşəyə yiyələnmiş və işlə təmin olunmuşdular. Bir sözlə, orta statistik və ya bundan bir qədər üstün azərbaycanlı sayıla bilərdilər.
Əlbəttə ki, evdə təhsilə yaradılan həvəslə orta məktəbi əla qiymətlərlə oxumuş, birindən az, birindən çox olsa da hər halda bütün keçilən fənləri mənimsəmişdi. Bütün bunlardan başqa nəsilərində heç kimdə olmayan rəssamlıq istedadı hərdən onu, ətrafdakılarının anlamadığı aləmə aparır, uşaq vaxtlarında primitiv, gördükləri ilə məhdudlaşan, sadə anlaşılan və mətnaltı məna ifadəetməyən, müstəqim fikirli, nisbətən yuxarı yaşlarda isə mücərrəd, bir baxışla anlaşılmayan və təfsirə ehtiyacı olan rəsmlər çəkməyə məcbur edirdi. Valideynləri bunu sezməmiş deyildi., amma onun rəssam olmasını əsla istəmirdilər. Bunun bir neçə səbəbi və onların zənninə görə tutarlı əsasları vardı. “Rəssamlıqla ailə saxlamaq olmaz”, “tanınmış rəssam olmaqçün uzun illər lazımdı, buna qədər isə nəylə dolanacaq?”, “ bu, bir uşaqlıq həvəsidir”, “yaxşı həkim, mühəndis, kompüter mütəxəssisi, alim və s.ola bilər,belə elmli uşağın elm dalınca getməməsi hayıfdı” və s.deyə düşünürdülər. Bu düşüncələrin “bəhrəsi” oldu və planlı təbliğatın hesabına çox çəkməyən narazılıqlardan sonra övladları elm yolunu seçdi, kompüter mütəxəssisi olmağı qərara aldı, müvaffəqiyyətlə ali məktəbə daxil oldu, hətta imkan tapıb xarici ölkələrdə təkmilləşdi, sertrifikatlar filanlarla döndü və bankda işə düzəldi...
Mətbəxdə keçdi. Cani-dildən işləmək üçün çaya ehtiyaci vardı. Yuxudan duranda, xüsusən belə nataraz vaxtlarda, boğazı qurumuş olurdu, çay ən yaxşı boğaz islatmaq vasitəsi idi onunçün. Çaydanı qaz piltəsinin üzərinə qoyub əl-üzünü yumaq üçün vanna otağına keçdi, yuyundu, qurulandı, o biri otağa keçib bir neçə A4 vərəqi, göy və qırmızı qələm, karandaş və qızının rəngli karandaş və flamastr dəstini gətirdi. Üzərində meyvə dolu meyvə qabı, aşağı gözündə isə özünün və həyat yoldaşının oxuduğu müxtəlif jurnallar olan ayağı diyircəkli jurnal masasını divanın qabağına çəkdi. Meyvə qabını, mane olmamaq üçün, divanla üzbəüz yerləşdirilmiş mebelin açıq gözünə qoydu və jurnal masasının aşağı gözündəki jurnallardan birini və bayaq gətirib divanın üstünə atdığı əşyaları masanın üzərinə qoydu. Demək olar ki, işə başlamaq üçün bütün prosedurlar yerinə yetirilmişdi. Sadəcə su qaynamalı, özü istədiyi kimi çay dəmləməli, peçenye ilə qaynar çay içməli və işə girişməli idi.
Su qaynayana qədər kompüteri yandırıb klassik musiqi dinləmək istədi, hər halda bunun işinə köməkçi olacağını düşündü. Çünki klassik bəstəkarlar yaradıcı insanlar cərgəsində ön cərədə duran şəxslərdi. Bir yaradıcı insanın – peşə müxtəlifliyinə baxmayaraq – digər yaradıcı insana stimul verə biləcəyi, onu istiqamətləndirə, vəcdə gətirə biləcəyi düşüncəsi vardı onda. Onun fikrincə bütün yaradıcı insanlar eyni nöqtədən, eyni mənbədən bəhrələnirlər və bu mənbə lazım olan enerjini, temperamenti, hədəfi yazıçıya söz, bəstəkara not, rəssama boya, rəng, xəttata xətt, xalçaçıya naxış və s.kimi ötürür. Odur ki birinin 3m² parça üzərində çəkdiyini başqası ovuc boyda əl işi, yaxud metrlərlə ucalan abidə kimi, digəri səhifələrlə söz, digəri filan qədər ilmə, digəri heroqliflər kimi anlaşılmaz olan not kimi ərsəyə gətirir. Buların hər biri müxtəlif qrup insanlar tərəfindən həzm olunsa da, ayrı-ayrı mütəxəssislərin tədqiqat obyekti, heyrətlə qarşıladığı yaradıcılıq nümunəsi olsa da onlar eyni şeyi, eyni fikri, eyni mənanı ifadə edirlər...
Kompüterə tərəf getdi, amma yandırmadı onu. Düşündü ki, dinlədiyi şedevrlərin təsiri altında öz işinə marağı azalacaq, onları dinləyincə xəyallara dalacaq , saatlar ötəcək, amma o heç nə çəkə bilməyəcək. Odur ki, bir az təkliyi hiss etmək, bununla bir az auraya girmək istədi ki, girdiyi o atmosfer – bədbin əhval-ruhiyyə - əsərinin yaxşı alınmasına kömək eləsin.
Pəncərənin qabağıngəldi. Aşağıdakı insanlara baxmağa başladı. Aşağıda hamı harasa tələsirdi. Yəqin siz də hərdən insanlara tamaş etmisiniz. Çox gülməli görünür bu xaotik hərəkət. Sanki hamı bir-birinə qarışıb, kim hara gəldi, necə gəldi gedir. Amma əslində onların hər birinin məqəsədi və buna aparan yolları var. Və siz o yolların kəsişdiyi yerdə durub onları seyr edəndə bu sizə məqsədsiz, mənasız hərəkəti xatırladır. Onların kimi evə, kimi dərsə, kimi ibadətə, kimi görüşə, kimi qarnını doyurmağa, kimi xəstə yoxlamağa, kimi kiminsə “qulağını kəsməyə”, kimi aldatmağa, kimi aldanmağa və s.gedir. Amma onların heç biri məqsədsiz hərəkət etmir...
Çaydan qaynayırdı. Yolu keçən adama dikilmiş – qətiyyən o adam haqda düşünmədən, sadəcə fikirlərini aydınlaşdırmaq, cəmləmək üçün nəzərlərini bir nöqtəyə zilləməsi lazım idi – gözlərini hədəfdən ayırıb çay dəmləmək üçün mətbəxə keçdi. Çaydanı piltənin üzərindən götürüb pıqqapıq qaynayan sudan bayaqdan yuyub, içinə quru çay tökdüyü çaynikə süzdü,çaydanı kənara çayniki isə asta alovla yanan piltənin üzərinə qoyub dəm almasını gözlədi...
- Çay deyil e, qandı, qan.
Dəmlədiyi çayı tərifləmək xoşuna gəlirdi. Daha doğrusu, gözəl olan və tarifə layiq hər şeyi tərifləmək xoşuna gəlirdi. Hərdən dəmlədiyi çay da bu sıradan olurdu və belə anlarda tərifi əsla təxirə salmırdı. Yaşadığı cəmiyyət – təvazökarlığı müsbət keyfiyyət hesab edən hər bir şəxsin bəyənmədiyi – bu xasiyyəti onda formalaşdırmışdı. Valideynləri onun universitetə daxil olmağını, imtahanlardan yaxşı qiymət aldığını, xaricdəki uğurlarını tərifləmişdilər, onunla fəxr etmişdilər. Amma onun fikrincə, həyatda ən adi görünən, lakin tərifə layiq hər şey layiq olduğu qiymətini almalıdır. Anasının, həyat yoldaşının hazırladıqları, qonaq olduğu evlərdə bişirilən yeməkəri tərifləməkdə xəsislik etməzdi. Tələbəlik illərində futbol oynarkən komanda yoldaşlarının qollarını, fintlərini, ötürmələrini, qapıçı qurtarışlarını, müdafiəçilərin zəhmətini alqışlamaqdan, “əla”, “afərin” sözlərilə həvəsləndirməkdən, oyun qurtardıqdan sonra o anları yada salıb bir daha təşəkkür etməkdən çəkinməzdi. Həmsöhbətinin maraqlı sözünə, yerində deyilmiş kəlamına qiymət verər, çox gözəl söylədiyini mütləq qeyd edərdi. Hər bir insan ona verilən qiymətdən az və ya çox dərəcədə xoşhal olur və bu qiymət onun işinə həmişə müsbət təsir edir. Xəstəni sağaltmaq, əgər mümkündüsə, onu ölümdən qurtarmaq həkimin borcu deyilmi?! Amma elə həkim təsəvvür etmirəm ki, ölümdən qurtardığı xəstənin özündən və qohumlarından təşəkkür, əməyinə qiymət ummamış olsun. Nəyə görə aktyorların şablon “bizi yaşadan tamaşaçının alqışıdır” cümləsi hamı tərəfindən bəyənilir?! Bəşər övladını yaşadan onun həyatda yaşamasının, var olmasının bir əhəmiyyəti olduğunu, bu dünyada bir işə yaradığını hiss etməsidir. Bunu hiss etdirməli olanlar isə ətrafdakı insanlardır...
Amma nədəsə nə valideynlərindən, nə həyat yoldaşı, nə də azını çıxsaq, digər yoldaşlarından bu qiyməti görmürdü heç vaxt. Həqiqətən tərifə layiq olan, ancaq adi, məişət işi sayılan əməyi insanların diqqəti xaricində qalırdı. Bəzi yoldaşları, hətta onun belə işlərinin gözəl olduğunu bilirdilərsə də bunu vurğulamağı, bəlkə də özlərinə sığışdırmırdılar. Ətrafındakılardan gördüyü bu diqqətsizlik, kobudluq – o, diqqətsizliyi kobudluq hesab edirdi – öz işini (yalnız məişətdə) tərifləmək kimi sevmədiyi bir şeyi etmək adəti yaratmışdı onda. Bununla o, əslində, çevrəsindəki insanlara həyatın hər detalına diqqətli olmağı öyrətmək istəyirdi. Lakin əvəzində “bir az təvazön olsun” sözlərini eşidirdi...
Artıq hər şey hazır idi. xoruzpipiyi çaydan stəkana süzüb qonaq otağına gətirdi, işləyəcəyi masanın üzərinə qoyub işə başlamaq üçün hər şeyi hazır hesab etdi.
Vərəqlərdən birini götürüb nəzərində tutduğu rəsmi – gərnəşən adamı – çəkməyə cəhd etdi. Dəqiqələr bir-birini əvəz etdikcə rəsm bitkin formasını alırdı. Amma sözsüz ki, uzun müdddət tərk edilmiş vərdiş hər şeyin onun ürəyincə alınmasına mane olurdu. Odur ki, daha kamil rəsm alınana kimi vərəqlərə acımadan onları əzirdi. Bəli, vərəqlərə qarşı bu amansızlıq, acımasızlıq onda hələ universitet, bəlkə də məktəb illərindən fomalaşmışdı. Sanki vərəqlərə əzab verməkdən həzz alırdı, onları düşə biləcəkləri ən iyrənc, ən əzik vəziyyətə salmayınca onlardan əl çəkmirdi. Hələ bəzən onları cırmaq qərarına gələndə işgəncə lap qədar formasına çatırdı. Eyni vərəqi bərabər hissələrə o qədər bölürdü ki, daha onları bölmək olmurdu. Əlbəttə, belə boş və mənasız vərdişlər hamıda var...
Rəsm çəkməklə məşğul olduğu zaman həyat yoldaşı sağ-salamat çatdıqlarını bildirmək üçün zəng vurmuşdu, qızı atası üçün darıxmış və onunla söhbətə də bir xeyli vaxt getmişdi. Hər bir ata kimi o da qızını sevir və bununçün də rəsm çəkdiyini əldə əsas tutaraq qızı ilə söhbəti qısa kəsməmiş və o, könüllü sağollaşana kimi danışmışdılar...
Ömrünü həmişə başqalarına sərf etmişdi. Ətrafındakı insanların rahatlığı üçün bəlkə də yarana biləcək ən dahi əsərləri təxirə salmışdı. Otaq yoldaşını yuxudan oyatmamaq, sevgilisinin görüşünə gecikməmək, anasıgili narahat etməmək və daha onlarca belə insani, vicdani məsələlər həmişə ona mane olmuş, istədiyini etmək üçün qarşısında sədd çəkmişdi. Kim qoyub bu meyarları? Axı, kim deyə bilər ki, bu gün kiminsə narahat olmaması daha vicdanidir, yoxsa çəkilməmiş rəsm – ürəkdə qalan arzu, reallığa çevrilməmiş ideya, ifadə olunmamış fikir?
Həyatda nəçi olacağını seçəndə də sərbəst olmamış, ata-anasının fikrini üstün tutmuşdu. Həyat yoldaşını seçəndə də belə olmuşdu. Tərbiyəli, savadlı və tanıdıqları ailənin qızı olduğuna görə valideynləri indiki həyat yoldaşını məsləhət görmüşdülər. Amma onların bir-birini necə tamamlayacaqları, dünyaya baxış bucaqlarının nə dərəcəə üst-üstə düşdüyü haqda, əlbəttə, fikirləşməmişdilər. Iş yerində də sərbəst ola bilməzdi. Müdriyyətin tapşırığı ilə sevmədiyi stildə - kostyum, qalstukda – işə gəlməli,hər bir stabil iş rejimi olan adamlar kimi hər gün eyni insanların üzünü görməli, eyni işi görməli idi. Oysa ki o, qətiyyən belə yeknəsəq həyata nifrət edirdi. Hətta bəzi vaxtlar işə getmək istəmirdi, amma ailəni saxlamaq üçün o, ömrü boyu belə zarıncı həyata tab gətirməli idi. Başqa işə keçsə də bir neçə aydan sonra ondan da bezəcəkdi, çünki yaradıcı insanlar həmişə sərbəst olmağı sevirlər. Istədiklər vaxt istədikləri yerə getmək, istədikləri yeməyi yemək, istədikləri işi etmək onların həyat prinsipidir. Bunun əksi olduqda isə, necə ki bizim qəhrəmanın başına gəlmişdi, onlar özünü qəfəsə salınmış hesab edirdilər.
Kənardan baxanlar ona həsəd aparırdılar. Universitet bitirmiş, xaricdə kurslar keçmiş, savadlı, əxlaqlı oğlan idi. Çox insan belə bir oğlanın onların kürəkəni olmasını arzulamışdı. Indi isə yaxşı ailəsi, övladı, evi, işi vardı. Xoşbəxt idi.
Bəli, klassik azərbaycanlı fikrinə görə onun xoşbəxtliyi üçün bunların olması kifayət idi. Amma o, hərdən gecə oyanıb şəkil çəkmək istəyəndə uşaq vaxtı ata-anasının, tələbə olanda otaq yoldaşının, ailə qurduqdan sonra arvad – uşağının narahat olmaması üçün bunu edə bilməyəndə özünü qandallı hesab edirdi.Ürəyinin dərinliyində fikirləşirdi ki, məhbus olsa, amma istədiyi vaxt şəkil çəkmək üçün onun qarşısında sədd olmasaydı, özünü bundan yaxşı hiss edərdi.Belə anlarda və həmişə bir qrup insana həsəd aparmışdı, doğrudur onlar çox az idi. O qrup insanlar ki, cəmiyyətin qoyduğu qondarma ictimai qınaq, qadağa, “olmaz”lar onların vecinə deyildi, kiminsə fikri onların qərarını dəyişdirə bilməz, həyatlarına təsir edə bilməzdi. Dünyada, çox az da olsa, əsl xoşbəxt adamlar da məhz belələridir.
“Mən isə bunu bacarmadım, hələ rəssamlığı yox, kompüter mütəxəssisi olmağı seçəndə bu şansıma yox dedim. Mən valideynlərimə yox deyə, könüllərini qıra bilmədim. Sonra yoldaşlarımın, riyakar cəmiyyətin, həyat yoldaşımın, uşağımın, qohumlarımın və s.” — qızı və həyat yoldaşı ilə söhbət beləcə onun fikrini dağıtmışdı...
Onun fikrincə gərnəşmək sərbəstliyi, azadlığı nümayiş etdirməkdir. Gərnəşən insan yuxuyla və onun içindəki hər şeylə, hər kəslə münasibətlərini ayırd edir, onlardan əsla asılı olmadığını, onları tərk edə biləcəyini nümayiş etdirir.
O isə kimsə ondan narazı qalmasın, cəmiyyət tərəfindən tərk olunmasın deyə, az və ya çox dərəcədə onun müxtəlif təbəqələrinin mənfi qarşılaya biləcəklərinə görə heç vaxt qərarlarını qəti verə bilməmiş, cəmiyyətlə, ailəylə arasında ciddi ziddiyyətdən qorxaraq əksər vaxt ürəyincə olmayan qərarlarla barışmalı olmuşdu.Gərnəşə bilməmişdi həyatda...
Saata baxdı. Futbolun vaxtı idi. “Gərnəşə bilməyən adam gərnəşən adamın hiss etdiklərini heç vaxt duya bilməz və təbii ki onun keçirdiyi hissləri keçirə, deməli onu təsvir də edə bilməyəcək” – düşündü və kağızı əzdi, o biri əzik kağızların yanına qoydu...
- Neynirsən?
- Futbola baxıram.
- Soyuducuda ərzaq var, yemək yeyəndə salat düzəltmək yaddan çıxmasın.
- Yaxşı...
`

пятница, 28 мая 2010 г.
universitet hesreti
Universitet heyatinin son ders gununden 1 gun sonra... icimde her bir universitet mezununun ve heyatda nese itirmish, tekliye düşmüş insanın keçirdiyi izaholunmaz hisslər var. Hər bir məsələyə olduğu kimi bu məsələyə də müxtəlif rakurslardan baxmaq və qiymət vermək olar. Bu gün mən bu hadisəyə universitet həyatını bitirməkdən məyus olan adam kimi baxacam. mən axırıncı dərs günü dərsə getməmişdim, ona görə ki, bir yoldaşla görüşmüşdüm, amma çox heyf. çox çox heyf ki, getmədim, axı mən o yoldaşla başqa vaxt da görüşə bilərəm, amma daha heç vaxt "bu gün dərsə getmədim, sabah gedərəm" deyə bilməyəcəm. Daha heç bir vaxt qayıb düşməməkdən ötrü qan-tər içində, təngnəfəs halda dərs otağına girə bilməyəcəm. Daha heç vaxt müəllimlərə elə həmin müəllimlərin dövründən qalma, ya da lap təzə özümüzün kəşfi olan, "xoruz qulağı eşitməmiş" bəhanələr uydura bilməyəcək və məqsədimizə çatdıqdan sonra "gördün necə inandı" deyə sadəlövhcəsinə tələbə yoldaşlarımızın yanında "öyünə" bilməyəcəyik. Heç vaxt mühazirələrin gözəlliyindən zövq ala bilməyəcək, sıxıcılığından tez qurtarmasını arzulamayacaq, mühazirəni pozmaqlami, sual verməkləmi, ya başqa bir yolla hamının diqqətini özümüzə yönəltməyəcəyik. İmtahan stressindən birtəhər olmayacaq, müəllimin qabağında "dilimiz topuq vurmayacaq", "boğazımız qurumayacaq", yaxşı qiymət alnda sevincək, pis qiymət alanda məyus olmayacağıq. İndi heç harda "Əşşi, tələbədi" deyib bizə güzəşt etməyəcəklər, indi qohumlarımız cibimizə pul basıb deməyəcəklər ki, "tələbə adamsan, xərclərsən." İndi təqaüdümüzün az olmasından şikayətlənə bilməyəcəyik. İndi valideynlərimiz bizi çox pul xərcləməkdə ittiham də bilməyəcəklər. Burda bir sitatı xatırladım, səhv etmirəmsə, Tolstoydandı: " Bütün gənclər...,nə qədər yoxsul olsalar da heç zaman bu gənclərin gündəlik həyat ehtiyacları üçün pulları tapılmaz, halbuki əyləncə üçün pulları həmişə çox olar." İndi kitab oxuya - oxuya yuxuya gedən anlarımız olmayacaq, yaxud səhərə qədər oyaq qalıb mühazirələrdə yuxusuzluqdan özümüzü zorla oyaq tutduğumuz anlar olmayacaq. İndi qrup uşaqları ilə duzlu zarafatlarımız olmayacaq. İndidən sonra biz də bir qrup insanların içərisinə daxil oluruq, kaş olmayaydıq. o qrupun insanlarını bir şey birləşdirir, onlar həmişə öz yaxın tələbə qohumlarına belə tövsiyə edərlər: " Tələbəlik gözəl şeydi, onun qədrini bilin, ondan istifadə edin." Bu qrup tələbəlik həyatını başa vurmuş,fəqəqt ondan kifayət qədər kam ala bilməmiş təəssüf dolu insanların qrupudur. İnsan nankordu, əsrlər keçəcək, amma həmişə insan tələbəliyin qədrini mütləq tələblikdən sonra biləcək. Bizim yaxşı və pis günlərimiz, sevinli və kədərli günlərimiz çox olacaq, amma onların heç biri tələbəlik illərinin ən acı günüylə müqayisəyə gələcək qədər əziz olmayacaq. Biz o günləri itirdik ki, dünyada keçdiyinə görə heç bir günlərə, illərə o qədər heyfslənməyəcəyik. Mən orta məktəbi qurtaranda çox heyfslənmədim, çünki onun yerini universitet həyatının dolduracağını bilirdim. İndi nəyə, hansı günə və ya hansı kollektivə ümid edə bilərəm ki, tələbəlik illərini və universitet kollektvini əvəz edə bilər?! İndi "Tələbə" şeri mənə nə qədər əziz, nə qədər doğma gəlir, izah edə bilmirəm. İndi o şerin sözlərindəki hikmət mənə çatır.
"Çox - çox adi dolanar
Dünyaya, cahana, insana". Heç nə vecimizə deyildi, problemimiz olanda arxalanmağa bir adam tapırdıq, axı TƏLƏBƏ statusumuz vardı, hər şey bizə adi gəlirdi, hə şeyi soyuqqanlı qəbul edirdik, sanki belə də olmalıymış və böyüklər bu hərkətimizdən çox əsəbiləşərdilər.
"Gələcəyə inanar
TƏLƏBƏ, TƏLƏBƏ, TƏLƏBƏ"
"Sızlar yada düşəndə
Ürəyimin telləri
O mehriban, o əziz
TƏLƏBƏLİK İLLƏRİ
Hay eşitsə, hay verər
Qəmini saxlayar, gizləyər
Evincindən pay verər
TƏLƏBƏ, TƏLƏBƏ, TƏLƏBƏ." Məgər biz kədərimizi kiməsə bildirərdik?! Kim necə olduğumuzu soruşsa, "Hər şey yaxşıdı" cavab verərdik, amma sevincli anımızı soruşan olmasa belə, bir bəhanə ilə söhbət mövzusuna çevirərdik, hamını o sevincə şərik etmək istərdik.
Sonda bir qrup yoldaşımla yazışmanın mövzusunu sizə çatdırıram.
O: Ehh, bu da son, tələbəliyin sonu.
Mən: çox məyusam.
O: Hər şey bitdi.
Mən: Hər şey bitmədi, amma ən şirin olan, ən gözəl olan bitdi
Bəli, ƏN ŞİRİN olan TƏLƏBƏLİK bitdi

Подписаться на:
Сообщения (Atom)